Səddam Hüseyn dövrünün sonuncu naziri də öldü

Səddam Hüseyn dövrünün sonuncu naziri də öldü İraqda Səddam Hüseynin hakimiyyəti dövründə sonuncu Müdafiə naziri olan Sultan Haşim ürəktutmasından dünyasını dəyişib.
Haşim Ən-Nəsiriyyə şəhərində yerləşən Əl-Hut həbsxanasında 79 yaşında vəfat edib.
Eks-nazir son illər xroniki xəstəliklərdən əziyyət çəkirdi.
Sultan Haşim Səddam Hüseyn dövründə İraqın iştirak etdiyi bütün müharibələrdə rol alıb. Bunlar arasında İraq-İran (1980−1988), Birinci və İkinci Körfəz müharibələri də var.
Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etməsindən sonra 1991-ci ildə beynəlxalq koalisiya qüvvələri ilə aparılan atəşkəs danışıqları prosesində İraq heyətinə rəhbərlik edib.

Tehsil-press.az

Oxşar xəbərlər