“Koronavirusla bağlı müraciətlərin sayı azalıb” - Nelli Veysova

“Koronavirusla bağlı müraciətlərin sayı azalıb” - Nelli Veysova Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova hazırda COVID-19 ilə bağlı gələn müraciətlərin sayının azaldığını bildirib.
Bu barədə N.Veysova AzTV-də yayımlanan “Hədəf” verilişində danışıb:
“Təcili yardıma çağırışların sayı 25%-dən çox, ağır xəstələrə çağırışların sayı 30%-dən çox azalıb. Bu bizim müsbət nəticəmizdir”.
N.Veysova koronavirusla mübarizə şəraitində pilot layihəyə başlanıldığını da qeyd edib:
“Bir xoş məqam da 1 nömrəli şəhər poliklinikasında tele-təbabət xidməti işə başlayıb. Bu, pilot layihə kimidir. Gələcəkdə digər poliklinikalarda da bu xidmət tətbiq olunacaq. Bu o deməkdir ki, həkimlər yoluxma riski olmadan onlayn şəkildə öz xəstələri ilə konsultasiya və gündəlik müşahidə edəcəklər”.

Tehsil-press.az

Oxşar xəbərlər