İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə koronavirusla bağlı vəziyyətdə kritik anın arxada qaldığını bəyan edib.
Onun sözlərinə gprə, yoluxma hallarının sayının aşağı düşməsi bütün regionlarda müşahidə olunur – Lombardiyadan Siciliyayadək. Konte hökumətin mayın 4-dən sonra tətbiq etdiyi yumşalma tədbirlərini doğru hesab edib. Bununla belə, Baş Nazir virusun heç yana yox olmadığını unutmamağa çağırıb. Konte bildirib ki, ona görə də vətəndaşlar tibbi maska taxmağa və sosial məsafəyə riayət etməyə davam etməlidirlər.
Qeyd edək ki, İtaliya pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. Bütün bu vaxt ərzində orada 234 min koronavirusa yoluxma halı qeydə alınıb, sağalanların sayı isə 160 min nəfərdir. COVID-19 qurbanlarının ümumi sayı 33,5 min təşkil edir.
Tehsil-press.az