Bakı Dövlət Universitetinin tələbəsi: Ölkəmizdə təhsilin və elmin inkişafına dövlət qayğısı yüksək səviyyədədir

Bakı Dövlət Universitetinin tələbəsi: Ölkəmizdə təhsilin və elmin inkişafına dövlət qayğısı yüksək səviyyədədir Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən yürüdülən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların inkişafı sürətləndirilib, əhalinin rifahı xeyli yaxşılaşdırılıb.
1991-1992-ci illərdə ölkədə yaranmış idarəolunmaz vəziyyət, Azərbaycanın dərin böhrana düçar olması, ölkəni xaos, anarxiya, özbaşınalığın bürüməsi məhz xalq-iqtidar birliyinin təmin olunmamasının nəticəsi idi. Xalq-iqtidar birliyini təmin edən isə ulu öndər Heydər Əliyev oldu. 2003-cü ildə Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə xalq-iqtidar birliyi kifayət qədər möhkəmləndi.
Bu sözləri Bakı Dövlət Universitetinin tələbəsi Samirə Novruzova deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, hər bir vətəndaşa səmimi, bərabər davranışı xalqda inam yaradıb və dövlətimizin başçısının azərbaycançılıq ideologiyasına sadiqliyindən xəbər verir. Maddi rifahı daim inkişaf edən Azərbaycan insanı öz hüquqlarını reallaşıdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem yaşamır. Belə vəziyyət isə təbii olaraq hakimiyyət və xalq arasında yaşanan birliyi daha da möhkəmləndirir, onu hər hansı qüvvənin istənilən formada cəhdində belə sarsılmayacaq özüllər üzərində qurur. Çünki xalq öz iradəsi ilə formalaşdırdığı hakimiyyətin yalnız ona xidmət etdiyini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu hər keçən gün daha da möhkəmləndirdiyini, dünyanın hətta ən aparıcı ölkələrinin hesablaşdığı dövlət olduğunu aydın görür. Ötən illərlə müqayisədə ölkəmizdə baş verən dəyişikliklər gözlə görüləcək dərəcədə müsbətə doğru getməkdədir.
Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Azərbaycan dövləti əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, təxirəsalınmaz tədbirlər həyata keçirir. Biz gənclər bu genişmiqyaslı tədbirləri, dövlətimizin başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq. Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. İndi həmişə olduğundan daha çox həmrəyliyə, təhlükəli xəstəliklə mübarizədə dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var və hamımız Azərbaycan gənci olaraq hər zaman Prezidentimizin yanındayıq.
Prezidentin bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır. Bunlar Azərbaycanın bugünkü reallığını əks etdirir.
Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Ölkəmizin təhsil sahəsindəki göstəriciləri dünyanın bir sıra inkişaf etmiş dövlətlərini də geridə qoyur. Ötən il Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən Prezident İlham Əliyev təhsilin ən incə məqamlarını qeyd edərək, universitetin biz gəncləri necə maarifləndirməsi haqda geniş məlumat verib. Dərin məzmunlu çıxışında Prezidentimiz biz gənclərə yol göstərib. Gənclərin daim qayğısına qalan dövlətimizin başçısı onların sosial problemlərini diqqətdə saxlayaraq, məqsədyönlü tədbirlər həyata keçirir. Prezidentin tələbələrin təqaüdlərinin artırılması ilə bağlı Sərəncamı da biz tələbə gənclərin daim diqqət mərkəzində olduğumuzun əyani sübutudur. Təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir.
“İyulun 12-də Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat yaratması hər kəsə məlumdur. Bu cinayətdən sonra Azərbaycan Prezidenti tərəfindən Ermənistana qarşı qisas əməliyyatının başlanmasına dair göstəriş verilib. Son günlərin hadisələri nəticəsində xalqımızın necə bir olduğunun, hər zaman Prezidentimizi dəstəklədiyinin canlı şahidi olduq. Biz müasir Azərbaycan gəncləri olaraq informasiya müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaqda davam edirik. Düşmənin təxribatları sadəcə fikri yayındırmaqdan başqa bir vasitə deyil. Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Prezident İlham Əliyev də bu gün Azərbaycanı böyük bəlalardan qoruyur. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Qeyd edilənlər bir daha göstərir ki, Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı yüksəkdir və bu etimad daim yüksələn xətt üzrə inkişaf edir. Məhz bu amil də Azərbaycanın daha güclü, sürətlə inkişaf etməkdə olan sabit bir dövlətə çevrilməsində mühüm rol oynayan əsas məqamlardan biridir”, - deyə S.Novruzova vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər