
“Nano Today” nanotexnologiyalar sahəsində dünyanın məşhur jurnallarından biridir və impakt faktoru 16.582-dir. Tədqiqat Azərbaycan alimlərinin “Nano Today” jurnalında ilk nəşridir. Məqalə İran, ABŞ, Türkiyə, Yaponiya və Azərbaycandan olan tədqiqatçıların beynəlxalq əməkdaşlığının nəticəsidir.
Məqalədə CRISPR/Cas9 sistem komponentlərinin nanomateriallar vasitəsilə çatdırılmasında son nailiyyətlərə baxılıb və gələcək problemlərin həlli istiqaməti göstərilib.
Tehsil-press.az