Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər - Hikmət Hacıyev

Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər - Hikmət Hacıyev Bakı Metropoliteninin fəaliyyətə başlaması koronavirusun geniş yayılmasına səbəb ola bilər.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, metronun açılması məsələsi ekspertlər tərəfindən müzakirə olunur: “Ekspertlərin rəyinə görə, metronun havalandırma sistemi ümumi olduğu üçün virus daha sürətlə yayıla bilər. Bu səbəbdən metropolitenin açılması hələ ki, məqsədəuyğun hesab edilmir”.
Dövlət rəsmisinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi qarşısında tapşırıq qoyulub ki, günün pik saatlarında avtobusların sayı artırılsın.
H.Hacıyev əlavə edib ki, "Mall"ların və ticarət mərkəzlərinin də açılması virusun yayılmasına səbəb ola bilər: ""Mall"larda və iri ticarət mərkəzlərində qapalı məkanda çoxlu sayda insan toplaşdığı üçün virusun yayılma sürəti arta bilər".

Tehsil-press.az

Oxşar xəbərlər