
Bu barədə Almaniya Kansleri Angela Merkel bildirib. Onun sözlərini AFR Nazirlər Kabinetinin nümayəndəsi Uilrike Demmer tvitterdə yazıb:
“AFR hökuməti xəbərlər və kadrlardan sarsılıb. Zərər çəkənlərə tezliklə sağalmağı arzulayırıq. Livana köməyimizi təklif edəcəyik”, - Merkel deyib.
Daha əvvəl Almaniya XİN-i bildirmişdi ki, partlayış nəticəsində AFR-in Beyrutdakı Səfirliyinin əməkdaşları da partlayışdan zərər çəkib. İndi Berlin Almaniya hökumətinin Livana konkret hansı yardımı təklif edə biləcəyi məsələsini öyrənir.
Tehsil-press.az