Angela Merkel ABŞ-a səfər edəcək

Angela Merkel ABŞ-a səfər edəcək Almaniya kansleri Angela Merkelin Vaşinqtona səfər edəcək.
Bu barədə Ağ Evin mətbuat katibinin müavini Xoqan Qidli bildirib.
Onun sözlərinə görə, səfərin təfərrüatları hələlik müzakirə olunur: "Almaniya kansleri Angela Merkelin Ağ Evə səfəri gözlənilir. Təfərrüatlar hələ də müzakirə olunur".
Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadla Angela Merkelin səfərinin aprel ayının sonunda baş tutacağı barədə məlumat yaymışdı. "Bild" tabloidi mənbələrə istinadla bildirir ki, Angela Merkel və ABŞ prezidenti Donald Tramp arasında görüş aprelin 27-si baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər