Polis paytaxtda karantinlə bağlı reyd keçirdi

Polis paytaxtda karantinlə bağlı reyd keçirdi Paytaxtda karantin rejimi ilə əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirilir.
Tədbir çərçivəsində xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.
Qeyd olunan hallarla bağlı, mövcud qayda və tələblərə əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülür.

Tehsil-press.az

Oxşar xəbərlər