Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu üçün 5495 plan yeri ayrılıb. Bunlardan 5175 nəfəri əyani, 320 nəfəri qiyabi olmaqla, 4260 yer Azərbaycan, 815 yer rus, 420 yer isə ingilis bölməsi üzrədir.2020/2021-ci tədris ilində BDU-nun Qazax filialına qəbul üçün 590 plan yeri ayrılıb, onlardan 550-i əyani, 40-ı qiyabidir.
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 13, II qrup üzrə 20, III qrup üzrə 22, IV qrup üzrə 8 ixtisas təqdim olunur.
Tehsil-press.az











