UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu başlayıb

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu başlayıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu onlayn aparılacaq.
Qəbul Maliyyə və kredit, Mühasibat uçotu, təhlil və audit, Dünya iqtisadiyyatı, Ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə keçirilir.
Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qanunverciliyinə uyğun olaraq vahid dövlət imtahanı əsasında qəbul edilir.
Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.
Sənədlərin qəbulu əyani tədris forması üzrə büdcə hesabına və ödənişli plan yerlərinə vahid dövlət imtahanının nəticələrinə əsasən avqustun 26-dək aparılacaq.
Qiyabi tədris forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu vahid dövlət imtahanının və filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən oktyabrın 26-dək davam edəcək.
Qəbul barədə ətraflı məlumatı UNEC-in rəsmi saytından və UNEC Dərbənd filialının rəsmi saytından əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər