Mərkəzi Arktikada ağ ayıların sayı sabitləşib

Mərkəzi Arktikada ağ ayıların sayı sabitləşib Adı “Qırmızı kitab”a salınmış ağ ayıların sayı Mərkəzi Arktikada sabit səviyyəyə çatıb. Onların sayının artması və ya azalması gözlənilmir.
Mərkəzi Sibir qoruğunun direktoru Pavel Koçkarevin sözlərinə görə, ayılar kifayət qədər dayanıqlı vəziyyətdədir. Onların sayı nə artacaq, nə də azalacaq. Dişi ayıların bir, bəzən iki, nadir halda isə üç balası olur. Bu cür qiymətləndirmə Mərkəzi Arktikada ayı populyasiyalarının tədqiqatı əsasında aparılıb. Bu populyasiya Krasnoyarsk diyarının şimal sahilinə, Kara dənizinin şərq və Laptevlər dənizinin qərb hissələrinə yayılıb.
Hazırda tədqiqat materialları emal edilir və onun nəticəsində Arktikanın müvafiq sektorunda ağ ayıların sayı dəqiq müəyyənləşdiriləcək. 2017-ci ildə Krasnoyarsk diyarının şimal hissəsində (Taymırda və Arktika adalarında) bu heyvanların sayının 1600–2200 olduğu bildirilib.
Ağ ayıların adı “Beynəlxalq qırmızı kitaba” və Rusiyanın “Qırmızı kitabı”na daxil edilib. Mütəxəssislərin fikrincə, dünyada 22-31 min arası ağ ayı var. Onlar ömrünün daha çox hissəsini üzən buzlaqlarda keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər