
Ağ Evdə imzalanmış sazişə əsasən, İsrail İordan çayının qərb sahilində məskunlaşma ərazilərinə suverenliyin genişləndirilməsini dayandıracaq. Ölkələrin birgə bəyanatına əsasən, bu addım Yaxın Şərqdə sülhə doğru irəliləməyə imkan verəcək.
Daha əvvəl Tramp bildirmişdi ki, daha 5-6 ölkə İsraillə əlaqələrin normallaşdırılması sazişini imzalaya bilər. Amerikalı lider konkret adlar çəkməsə də, “The Jerusalem Post”un xəbərinə görə, onlar arasında Oman və Səudiyyə Ərəbistanı da var. Ekspertlərin fikrincə, bu proses Yaxın Şərqdəki qonşularının əksəriyyəti üçün təhlükə kimi qiymətləndirilən İranın güclənməsi ilə əlaqəlidir.
Tehsil-press.az