Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim olunub

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim olunub Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 22-nə olan cədvələ uyğun yayımlanıb.
Proqramda sahibkarlıq, ana dilində ünsiyyət, İKT və proqramlaşdırma, qənnadıçı-şirniyyatçı, hesablama əməliyyatları, aşpaz, avtomobil diaqnostikası və təmiri ustası, peşə etikası üzrə dərslər təqdim edilib.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər