Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı bugünkü məlumat açıqlanıb

Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı bugünkü məlumat açıqlanıb Ümumi təhsil müəssisələrində sentyabrın 23-də COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumat açıqlanıb.
Bu gün 59 şagirdin, 4 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 7 şagird, 6 nəfər işçi heyət isə koronavirusa yoluxub.
Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər