"Hər görüşəndə "Sizin pərəstişkarlınızam" deyirdi"

Əməkdar artist Lalə Məmmədova mərhum Xalq artisti Rasim Balayevlə arxiv görüntülərini paylaşıb.

Müğənni məclislərdə çəkilən foto və videolarını bölüşüb.

L.Məmmədova paylaşımına "Hər görüşəndə "Sizin pərəstişkarlınızam" deyib, məni utandırardı. Məkanınız cənnət olsun, böyük sənətkar. Sizinlə bir dövrdə yaşamaq şansını bizə verdiyi üçün tanrıya minnətdaram" sözlərini yazıb.

Qeyd edək ki, R.Balayev bir neçə gün əvvəl İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. O, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Tehsil-press.az

Oxşar xəbərlər