Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə sözügedən şəxslər binanın fasadına boya ilə müxtəlif sözlər yazaraq cızma-qara ediblər. Operativ tədbirlər nəticəsində həmin barbarlıq aktının izləri qısa müddətdə silinib və binanın ilkin görünüşü bərpa edilib.
Tehsil-press.az












