
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.
Baş nazirin sözlərinə görə, şəhər uğrunda döyüş zamanı böyük itkilər xəyanət söhbətinə ziddir. Belə ki, son 2 gündə Şuşadan 300-dən çox erməni əsgərin cəsədi çıxarılıb.
“300-dən çox cəsəd ... Siz bu döyüşün miqyasını təsəvvür edirsiniz? Generalların və ya siyasi rəhbərliyin guya Şuşa üçün döyüşməməyi əmr etdiyini deyənlər var. O zaman bu insanlar kimin əmri ilə vuruşub öldü?”,-deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, noyabrın 10-na keçən gecə Paşinyan Şuşanın itirildiyini və Qarabağda atəşkəs barədə üçtərəfli bəyanat imzalamaq qərarını elan etmişdi.
Tehsil-press.az