Kanada-ABŞ sərhədi daha 1 ay bağlı qalacaq

Kanada-ABŞ sərhədi daha 1 ay bağlı qalacaq Kanada və ABŞ hökumət orqanları koronavirus pandemiyası səbəbindən ən azı bir ay - dekabrın 21-dək ölkələr arasındakı sərhədi açmamaq qərarına gəliblər.
Bu barədə Kanadanın ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlığın təmin edilməsi naziri Bill Bler bildirib.
“Birləşmiş Ştatlara qeyri-məcburi səfərlərə qadağanı 21 dekabr 2020-ci ilə qədər uzadırıq”, - o, tvitterdə yazıb. Bler bunun hər iki ölkə sakinlərinin təhlükəsizliyi üçün lazım olduğunu qeyd edib.
Qeyd edək ki, Kanada-ABŞ sərhədi martın 21-də bağlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər