“Suriyada İŞİD-ə qarşı vuruşan yeganə NATO ölkəsiyik”

“Suriyada İŞİD-ə qarşı vuruşan yeganə NATO ölkəsiyik” “Suriyada İŞİD-lə savaşan yeganə NATO ölkəsiyik. Terror təhdidinin yox edilməsi, hücumların qarşısının alınması və sabitliyin gücləndirilməsi sahəsində əlimizdən gələni edirik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin Liderlər Zirvəsində deyib. O, Türkiyənin son altı ildə ən çox qaçqına ev sahibliyi edən ölkə olduğunu vurğulayıb:
“Əksəriyyəti suriyalı olmaqla 4 milyondan çox xaricini evimizdə qonaq edirik. Suriya sərhədləri daxilində, İdlibdə və daha çox yerlərdə milyonlarla ehtiyac sahibinə də yardım edirik, onları qoruyuruq. Bu rəqəmlər əksəriyyətimizin böyük şəhərlərinin əhali sayından çoxdur. Ölkəmizə sığınanların vətəndaşlarımızla uyğunlaşması üçün əlimizdən gələni edirik. Özü də bizə dəstək sözü verilib tutulmamasına baxmayaraq bu işləri görürük. Artıq hər kəsin əlini daşın altına qoyaraq ədalətli bir yük və məsuliyyətə girməsini gözləyirik”.

Tehsil-press.az

Oxşar xəbərlər