“FİZİKA İNSTİTUTUNDA NANOTEXNOLOGİYALAR” MÖVZUSUNDA MƏRUZƏ DİNLƏNİLİB

“FİZİKA İNSTİTUTUNDA NANOTEXNOLOGİYALAR” MÖVZUSUNDA MƏRUZƏ DİNLƏNİLİB Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda İnstitutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramovun “Fizika İnstitutunda nanotexnologiyalar” mövzusunda məruzəsi dinlənilib. Seminarda İnstitutun direktoru, akademik Nazim Məmmədov, AMEA prezidentinin innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri, akademik Əli Abbasov, böyük elmi işçi Yeganə Əliyeva iştirak edib. İlk olaraq A.Bayramov İnstitutda nanotexnologiyalar sahəsində görülən işlər, onların tətbiq sahələri haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Gələcək üçün perspektiv planlardan bəhs olunub.
Qonaq İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olub. Əməkdaşlar cihazların iş prinsipi, strukturu, burada aparılan tədqiqatlar haqqında qonağa ətraflı məlumat veriblər.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutu

Oxşar xəbərlər