ÜST: Dünyada koronavirusa yoluxanların sayı 740 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 740 mindən çox artıb Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 740 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 740 221 nəfər yeni koronavirusa yoluxub, 12 502 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 83 322 449, ölənlərin isə 1 831 412 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər