Daha bir senator Trampı istefaya çağırdı

Daha bir senator Trampı istefaya çağırdı ABŞ-da hazırkı prezident Donald Trampın istefa verməsi ilə bağlı tələblər davam edir.
Növbəti istefa çağırışı Pensilvaniya senatoru Pat Tumeydən gəlib. Bundan əvvəl də Alyaska senatoru, respublikaçı Liza Murkovski Trampın istefasını tələb etmişdi.
“Düşünürəm ki, ölkəmiz üçün ən yaxşısı prezidentin istefa verib, ən qısa zamanda getməsidir”, - deyə Tumey bildirib.
Respublikaçı senator ABŞ Konqresinə hücumun edilməsində də Trampın günahı olduğunu ifadə edib.

Tehsil-press.az

Oxşar xəbərlər