Bakı Ali Neft Məktəbində “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək Bakı Ali Neft Məktəbində (BANM) fevralın 12-də böyük Zəfərə həsr olunan “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək.
“ZOOM” platforması üzərindən təşkil olunacaq müsabiqə bu ali məktəbin tələbə və məzunlarını əhatə edəcək.
1-ci yerin qalibi 300 manat, 2-ci yer 200 manat, 3-cü yer 100 manat, 4-10-cu yerlərin sahibləri isə həvəsləndirici pul mükafatları ilə mükafatlandırılacaq. Eyni zamanda, bütün iştirakçılar diplomlarla və iştirakçı sertifikatları ilə təltif olunacaq.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Qeyd edək ki, Xalq şairi Ramiz Rövşənin sədrliyi ilə təşkil olunmuş münsiflər heyətinə Xalq artisti, aktyor Rasim Balayev, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli və BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Kəmalə Mehdiyeva daxildir.

Tehsil-press.az



Oxşar xəbərlər