Biologiya fakültəsində qida sənayesi tullantıları ilə bağlı onlayn seminar

Biologiya fakültəsində qida sənayesi tullantıları ilə bağlı onlayn seminar Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Biomühəndislik” elmi-tədqiqat laboratoriyasının “Microsoft Teams” platforması üzərindən onlayn seminarı olub.
Tədbir “Qida sənayesi tullantılarından punikalogin, likopen, resveratrol, tanninin alınması və bioloji sistemlərin davamlılığı və təhlükəsizliyinin yaradılmasında tətbiqi” mövzusuna həsr edilib.
Seminarda Biofizika və biokimya kafedrasının doktorantı Lalə Məmmədova və “Biomühəndislik” ETL-nin kiçik elmi işçisi Günel Mehdiyevanın mövzu ilə bağlı məruzələri dinlənilib, geniş müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər