BDU-da elmi seminar: Nizami Gəncəvi və orta əsrlər Şərq kitab mədəniyyətinin mənzərəsi

BDU-da elmi seminar: Nizami Gəncəvi və orta əsrlər Şərq kitab mədəniyyətinin mənzərəsi Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Nizami Gəncəvi və orta əsrlər Şərq kitab mədəniyyətinin mənzərəsi” mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbirdə universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin dahi şairin irsinin müxtəlif aspektlərdən araşdırılması baxımından elm və təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyduğunu deyib.
Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanın mövzu üzrə məruzəsi dinlənilib.
Məruzədə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin müxtəlif xarici ölkələrin kitabxana, arxiv və muzeylərində saxlanılan əlyazma nüsxələri, ona həsr olunan elmi tədqiqat əsərləri barədə ətraflı bəhs olunub. Nizami Gəncəvinin Şərq, eləcə də Azərbaycan əlyazma kitab mədəniyyətinə əvəzsiz töhfələr verdiyi vurğulanıb. Söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı müdrik kəlamlar müəllifi olan Nizaminin söylədiyi bir sıra fikirlər diqqətə çatdırılıb.
Sonra müzakirələr aparılıb. Professor Xəlil İsmayılov, dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Elçin Əhmədov, Sevda Xələfova, dosent Pərviz Kazımi mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər