İraqda ABŞ əsgərlərinin olduğu bazaya raket hücumu
İraqın Ənbar vilayətində yerləşən və ABŞ hərbçiləri tərəfindən istifadə edilən Ayn-əl-Əsəd hərbi bazası raket atəşinə tutulub. Bu barədə “Əl-Cəzirə” telekanalı İraqın təhlükəsizlik mənbələrinə istinadən məlumat verib. Kanalın məlumatına görə, beynəlxalq koalisiya ordusunun bazasının yaxınlığına 10 raket düşüb. Hadisənin digər təfərrüatları araşdırılır. Tehsil-press.az