Türkiyəyə raket mərmisi düşdü-6 yaralı
Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə 3 raket mərmisi düşüb. Tehsil-press.az Hürriyətə istinadən məlumat verir ki, mərmilərdən biri küçəyə, digər ikisi isə boş əraziyə düşüb. Partlayışda ikisi uşaq olmaqla 6 nəfər yaralanıb. İndiyə qədər Suriyada terrorçu qruplaşmaların atdığı raket mərmiləri nəticəsində Kilisdə 21 nəfər həlak olub.Tehsil-press.az
- Baxış: 5652
Xəbərin tarixi: 30.08.2016 / 11:43
-
Oxşar xəbərlər