
Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər martın 3-dən etibarən Mərkəzin saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bu gün qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcək.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb.
Tehsil-press.az