“Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans təşkil ediləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən ölkəmizin Vətən müharibəsində əldə etdiyi şanlı Qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” devizi ilə “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XV beynəlxalq elmi konfransı keçiriləcək.
Martın 11-12-də təşkil olunacaq konfransın mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilməsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyənlər məqalələrini yanvarın 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
Tehsil-press.az
- Baxış: 3648
Xəbərin tarixi: 06.01.2021 / 10:47
-
Oxşar xəbərlər