İsrailli həkimlər 31 qazimizi əməliyyat edib, 58-nə protez göz taxıblar - Video

İsrailli həkimlər 31 qazimizi əməliyyat edib, 58-nə protez göz taxıblar - Video “YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb.
Səkkiz gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər.
Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
Səkkiz nəfərlik həkim heyəti Vətən Müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.



Tehsil-press.az


Oxşar xəbərlər