Ərdoğan Burak Yılmaza zəng vurub qolunu təriflədi - Video
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı DÇ-2022-nin seçmə mərhələsində Niderlandı məğlub etmələri (4:2) münasibəti ilə təbrik edib. Qardaş ölkə başçısı Gənclər və İdman naziri Muhammet Muharrem Kasapoğluna zəng vuraraq millinin baş məşçqisi Şenol Güneş və futbolçularla danışıb. Ərdoğan Burak Yılmazın cərimə zərbəsindən vurduğu 4-cü qolu tərifləyib: “Maşallah, o necə gözəl zərbə idi”.