Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 650 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 650 765 hal qeydə alınıb, COVID-19-dan 11 608 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 128 540 982, ölüm hallarının sayı 2 808 308 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 30 095 776 nəfər virusa yoluxub. Daha sonra Braziliya (12 658 109), Hindistan (12 221 665), Fransa (4 569 568), Rusiya (4 554 264), Böyük Britaniya (4 345 792), İtaliya (3 584 899), Türkiyə (3 317 182), İspaniya (3 274 150), Almaniya (2 833 173), Kolumbiya (2 397 731) və Argentina (2 356 970) gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər