Pandemiya dövründə 4 trilyon dollar qazandılar

Pandemiya dövründə 4 trilyon dollar qazandılar Milyarderlərin sərvətləri koronavirus pandemiyası dövründə 4 trilyon dollar artıb.
Bu barədə Siyasi Araşdırmalar İnstitutunun hazırladığı hesabatda deyilir.
Hesabatda ən zəngin 20 milyarderin 68 faiz artımla daha 742 milyard dollar qazandığı bildirilib.
Hesabat 18 mart 2020-18 mart 2021-ci il aralığını əhatə edib. Ümumilikdə bu dövrdə 2 min 365 milyarder sərvətlərinə 54 faiz artımla 4 trilyon dollar əlavə ediblər.
İngiltərəda yerləşən “Oxfam” beynəlxalq yardım qurumu da 2021-ci ilin əvvəlində yayımladığı hesabatda milyarderlərin gəlirlərinə 3,9 trilyon dollar əlavə etmişdi.
Hesabatda bildirilmişdi ki, bu pulla həm dünyada virus səbəbindən heç kimin yoxsullaşmamasına nail olmaq mümkündür, həm də hər kəsə yetəcək qədər vaksin satın almaq olar.

Tehsil-press.az


​​​​​​​

Oxşar xəbərlər