Rusiyada bir günə 1175 nəfər koronavirusa yoluxub

Rusiyada bir günə 1175 nəfər koronavirusa yoluxub Rusiyada sutka ərzində 1175 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
24 saat ərzində Rusiyanın 56 bölgəsində qeydə alınan yoluxma faktlarının sayı etibarı ilə yoluxmaların artım tempi rekord həddə çatıb. Yoluxma hallarının sayına görə Moskva şəhəri birinci yerdə qərarlaşıb.
Bildirilir ki, bu günə qədər ümumilikdə 81 bölgədə 8672 yoluxma faktı aşkarlanıb, 63 nəfər xəstəlik səbəbindən həyatını itirib. 580 pasiyent isə xəstəlikdən sağalaraq evə buraxılıb.
Qeyd edək ki, dünya üzrə koronavirusa 1,446,688 insan yoluxub, 83,065 nəfər vəfat edib.

Tehsil-press.az



Oxşar xəbərlər