Bu ölkə Avropada vaksinasiya üzrə liderdir

Bu ölkə Avropada vaksinasiya üzrə liderdir 50 yaşdan yuxarı britaniyalıların vaksinasiyası cədvəli qabaqlayır. Həmçinin peyvənd olunanlar sırasında xroniki xəstəlikləri olan insanlar, həkimlər və sosial işçilər var.
Bu barədə “RİA Novosti” ölkənin Baş naziri Boris Consonun dəftərxanasına istinadən bildirib.
Hökumət koronavirusla mübarizənin növbəti mərhələsinə keçməyə hazırlaşır. Xəstəxanalarda 40 yaşdan yuxarı britaniyalıları gözləyirlər.
Qeyd etmək lazımdır ki, Birləşmiş Krallıq Avropada əhalinin peyvəndlənməsi üzrə liderdir. COVID-19-dan qoruyan preparatın ilk dozunu 32 milyon nəfər, hər iki dozunu isə 7,6 milyon nəfər alıb.

Tehsil-press.az


Oxşar xəbərlər