Bakı Dövlət Universitetində Kimya fakültəsinin birinci kurs tələbələri ilə onlayn görüş

Bakı Dövlət Universitetində Kimya fakültəsinin birinci kurs tələbələri ilə onlayn görüş Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə fakültənin Tələbə Gənclər Təşkilatının onlayn görüşü keçirilib.
Fakültənin dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli görüş iştirakçılarını Ağdam rayonunun işğaldan azad olunması münasibətilə təbrik edərək, Azərbaycan Ordusunun qazandığı qələbələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, ölkənin flaqman elm ocağı olan BDU-da fəaliyyət göstərən tələbə təşkilatları tələbələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Görüşdə tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açılıb. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər gördüyü vurğulanıb.
Fakültənin Tələbə Gənclər Təşkilatının sədr əvəzi Əli Qədirli təşkilatın tarixi, məqsəd və vəzifələri, onun nəzdində olan klublar haqqında geniş məlumat verib. “Microsoft Teams” platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər