
Rektor qonaqlara universitetdə aparılan islahatlar haqqında ətraflı məlumat verib. Bildirib ki, əsas hədəflərdən biri tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin biznes modelinin yaradılmasıdır. Tələbələrin gələcəkdə uğurlu karyeraya sahib olmaları istiqamətində AzTU-nun “Davam” Gənclər Hərəkatı ilə əməkdaşlıqda maraqlı olduğu qeyd olunub.
Nihad Allahyarlı hərəkatla AzTU-nun əməkdaşlıq istiqamətləri, eyni zamanda, birgə fəaliyyət nəticəsində tələbələrlə bağlı uğurlu işlərin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirib.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Tehsil-press.az