Pedaqoji Universitetdə “Davam” Gənclər Hərəkatının nümayəndələri ilə görüş keçirilib

Pedaqoji Universitetdə “Davam” Gənclər Hərəkatının nümayəndələri ilə görüş keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Davam” Gənclər Hərəkatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və idarə heyətinin üzvü, ali təhsil müəssisələri ilə iş üzrə katib Sabir Rüstəmov Hərəkatın universitetlə əməkdaşlıq imkanlarından və tələbələrin ictimai fəallığına göstərə biləcəyi müsbət təsirdən danışıblar.
Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov ADPU-da tələbələrin ictimai fəallığının yüksək olduğunu və lazımi səviyyədə əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.
Görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, rektorun köməkçisi Riyad Rüstəmli, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər