90 yaşlı Krasko beşinci dəfə evlənir

90 yaşlı Krasko beşinci dəfə evlənir Rusiyanın Xalq artisti İvan Krasko beşinci dəfə evlənməyə hazırlaşır.
90 yaşlı aktyorun budəfəki seçimi Natalya Smıkova adlı xanımdır. Natalya Kraskonun teatr tamaşalarının izləyicisi olub. Onun sözlərinə görə, aktyorla artıq iki ildir, münasibətdədirlər. Smıkova bildirib ki, onların izdivacının hər hansı rezonansa səbəb olmasını istəmir.
“Mənə yalnız evdə rahatlıq, sevimli ərimin yanımda olması və onun üçün dadlı şirniyyatlar hazırlamağım lazımdır. Mənə onun pulu və mülkü lazım deyil”, - deyə Natalya bildirib.
Qeyd edək ki, Krasko bundan əvvəl 4 dəfə evli olub. Ötən ilin dekabrında onun 6-cı uşağı dünyaya gəlib.

Tehsil-press.az


Oxşar xəbərlər