
Konfransı ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov açaraq ulu öndər Heydər Əliyevin ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, bu sahənin maddi-texniki bazasının yaradılmasında fəaliyyətindən bəhs edib.
ATMU-nun rektoru konfrans iştirakçılarına uğurlar arzulayıb, turizm sahəsində yeni tədqiqatların aparılmasını tövsiyə edib.
Plenar iclasdan sonra konfrans işini 7 bölmə üzrə davam etdirib.
Konfransda ATMU, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər ali məktəblərdən gənc tədqiqatçıların ümumilikdə 86 məruzəsi dinlənilib.
Tehsil-press.az