Azərbaycan Turizm və Menecment Universiteti ikili diplom layihələrinin reallaşdırılmasında maraqlıdır

Azərbaycan Turizm və Menecment Universiteti ikili diplom layihələrinin reallaşdırılmasında maraqlıdır Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbə-müəllim mübadiləsi, təcrübə və peşəkar kadr hazırlığı prosesinə təkan verən əməkdaşlıq niyyətlərinin reallaşdırılmasında hər zaman maraqlıdır.
“Mövlanə” mübadilə proqramına uyğun olaraq ATMU-nun tələbələri əməkdaşlıq çərçivəsində Türkiyənin Ankara, Hacettepe, İstanbul və Düzcə universitetlərində turizm, biznes idarəçiliyi, qida mühəndisliyi, muzeyşünaslıq və nəqliyyat xidməti ixtisasları üzrə təhsil ala biləcəklər. Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU, həmçinin “Erasmus+” beynəlxalq təhsil proqramı çərçivəsində Türkiyənin Gelişim Universiteti ilə əməkdaşlıq edəcək.
Qeyd edək ki, ATMU beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməklə bərabər, beynəlxalq hədəflər platformasında ikili diplom layihələrinin həyata keçirilməsini başlıca istiqamətlərdən biri kimi dəyərləndirir.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər