Bakı Dövlət Universitetinin əməkdaşının kitabı beynəlxalq mükafata layiq görülüb

Bakı Dövlət Universitetinin əməkdaşının kitabı beynəlxalq mükafata layiq görülüb Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Maddə quruluşu kafedrasının müdiri, professor Eldar Məsimovun “Voda” (“Su”) monoqrafiyası beynəlxalq medala layiq görülüb.
Kitab 2020-ci il oktyabrın 14-18-də Frankfurt Kitab Sərgisində Təbiət Elmləri Akademiyasının stendində nümayiş olunub və sərginin “Qızıl medalı”na layiq görülüb. Bu barədə Frankfurt Kitab Sərgisinin xüsusi buraxılışında (“Frankfurter Buchmesse 2020-Special Edition”) məlumat dərc edilib.

Tehsil-press.az



Oxşar xəbərlər