Bakı Dövlət Universitetinin müəllimi Qazaxıstanın mükafatına layiq görülüb
Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin müəllimi, Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatima Dursunova ölkələrimiz arasında dostluq münasibətlərinə verdiyi töhfəyə görə “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” medalı ilə təltif olunub.
Mükafatın təqdimat mərasimi Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyəti üzvlərinin iştirakı ilə Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilib.
Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi BDU-da 2011-ci ilin mayında açılıb.
BDU-nun Mətbuat Xidməti
- Baxış: 6828
Xəbərin tarixi: 29.12.2016 / 16:11
-
Oxşar xəbərlər