UNEC-in əməkdaşı beynəlxalq festivalın xüsusi mükafatını qazanıb

UNEC-in əməkdaşı beynəlxalq festivalın xüsusi mükafatını qazanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Seyran Cəfərli Rumıniyada keçirilən “Altın Alma 2020” 36-cı Beynəlxalq Satira və Yumor Festivalında xüsusi mükafata layiq görülüb.
Bistrita şəhər Mədəniyyət və Sənət Evinin keçirdiyi festivala 57 ölkədən 800-dən çox karikaturaçının 1700 əsəri təqdim olunub. UNEC-in Marketinq və kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin təqdim etdiyi karikatura əsəri münsiflər heyəti tərəfindən xüsusi mükafata layiq görülüb.
Qırx ikidən çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olan Seyran Cəfərli 100-dən artıq beynəlxalq mükafat, o cümlədən BMT-nin xüsusi mükafatını qazanıb. Onun beynəlxalq karikatura müsabiqələrində 1000-dən çox əsəri sərgilənib, albomlarda dərc edilib. Belçika, Türkiyə, Fransa və İranda isə fərdi sərgiləri təşkil olunub.
Seyran Cəfərlinin koronavirus pandemiyasına həsr etdiyi karikatura əsəri Niderlandın məşhur saytı “Cartoon Movement”də TOP 10-a daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər