Oktyabrın 19-23-də keçiriləcək Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan təmsil olunacaq.
Tehsil-press.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərinə səfər edəcək.
Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən iştirakçılar gəlir.
Cari ildə 56 kv.m. sahədə, Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.
Həmçinin 22 oktyabr 2016-cı il tarixində Prezidentin müvafiq sərəncamına əsasən, cari ilin “Multukulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az