
I yerin qalibi kompüter elmləri ixtisası üzrə I kurs tələbəsi Ləman Əlizadə 200 manat, II yerin qalibi informasiya texnologiyaları ixtisası üzrə I kurs tələbəsi Arif Rəhimov 150 manat, III yerin qalibləri isə kompüter elmləri ixtisası üzrə I kurs tələbəsi Aydan Ələkbərzadə və “SABAH” mərkəzi, biznesin idarə edilməsi ixtisası üzrə III kurs tələbəsi Siyavuş Qurbanov 100 manat əldə ediblər.
Universitetin prorektoru professor Sakit Yaqubov və Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan əvəzi Elman Cəfərov tələbələrə sertifikatlar və pul mükafatlarını təqdim ediblər.
Fakültə üzrə THİK sədri Məhəmməd Rəhimova isə tədbirin təşkilində göstərdiyi dəstəyə görə fəxri fərman təqdim olunub.
Tehsil-press.az