
Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Almaz Ömərov (komandanın lideri), geofizika mühəndisliyi ixtisasının III kurs tələbəsi Turqay Qardaşlı, kompüter elmləri ixtisasının III kurs tələbəsi Ağateymur Həsənzadə və I kurs tələbəsi İmran Cəbrayılovdan ibarət ICARUS komandası 25 komanda, ümumilikdə isə 100 nəfər iştirakçı arasında birinci yerə layiq görülüb.
Xatırladaq ki, yarışma “Azərkosmos” ASC, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, NASA, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə təşkil edilib.
Tehsil-press.az