
Turnirin qalibi Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Vüqar Məmmədov olub. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin Kompüter elmləri ixtisası üzrə IV kurs tələbəsi Niyaməddin Bondorenko II yeri, Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan III kurs tələbəsi Nəzrin Əhmədzadə isə III yeri tutub.
Qaliblər kubok və diplomla yanaşı qiymətli hədiyyələrlə də mükafatlandırılıb. Birinci yerin qalibinə smartfon, ikinci yeri tutan tələbəyə planşet, üçüncü yerin sahibinə isə mobil enerjiyığma cihazı hədiyyə olunub.
Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədi ilə təşkil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi
