“Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasimi

“Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasimi Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon Heydər Əliyev Mərkəzində BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Rasim Süleymanovun Tərtər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) hədiyyə etdiyi kitabların (min beş yüz nüsxə) sərgisi ilə tanışlıq olub.
Təqdimat mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tariximizin şanlı salnaməsi yazıldı. Torpaqlarımız işğaldan azad olundu, böyük Qələbə qazanıldı.
M.Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elminin və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, BDU-nun dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasiminin Tərtər rayonunda keçirilməsinə şərait yaratdıqlarına görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, filologiya elmləri doktoru Əlağa Cəfərov, Tərtər Rayon MKS-in direktoru İlduzə Qurbanova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış edərək Ulu Öndərin müstəsna tarixi xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıblar.
Monoqrafiyanın müəllifi R.Süleymanov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər